Tanınmış şair Baba Vəziroğlu Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Xalq yazıçısı, Xalq şairi kimi titulların geri alınması ilə bağlı təklifinə dəstək verdi. AYB-nin üzvü olan Baba Vəziroğlu Modern.az-a açıqlamasında sözügenən titullardan hər hansı birinə sahib olmadığını bildirərək, bir çox xalq yazıçısı və şairlərinə də xəbərdarlıq edib:
“Biz ki, Xalq şairi, Xalq yazıçısı titullu deyilik. Kimin belə titulu var, aparib qaytarsin. Bu adı verənlər də usanıb artıq. Hesab edirəm ki, belə fəxri adları sağa-saol pay-puş eləməsinlər”, -deyə nəğməkar şair Anara dəstək verib.
Qeyd edək ki, AYB sədri Anar mətbuata açıqlamasında Azərbaycanda bir çox şair və yazıçılara verilən fəxri titulların ləğv edilməsini təklif edib. Təklif söz sahibləri arasında birmənalı qarşılanmadı.
Anar