Rusiyanın məşhur aktyor və teleaparıcı İlya Oleynikov 66 yaşında vəfat edib. Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, Oleynikov "Qorodok" proqramının yaradıcısı və aktyoru kimi məşhurlaşıb. İlya Oleynikov bu proqramı 1993-cü ildə Yuri Stoyanovla birlikdə yaratmışdı.
Məlumata görə, İlya Oleynikov son vaxtlar ürək ağrılarından əziyyət çəkirmiş.