Modern.az

Səməd Səmədov yol polisini “baqaja qoydu”

Səməd Səmədov yol polisini “baqaja qoydu”

Mədəniyyət

11 Noyabr 2012, 17:25

Xalq artisti, müğənni Səməd Səmədov Baş Dövlət Yol Polisi İdarəsini zərbə altında qoyub. Modern.az xəbər verir ki, “Lider” TV-nin “Qızıl pillə” verilişində efirə çıxan müğənni hazırda sürdüyü bahalı avtomobili barədə danışarkən, Baş Dövlət Yol Polisi İdarəsindən aldığı nömrə nişanı barədə maraqlı məlumat açıqlayıb. Səməd Səmədov bildirib ki, hazırda ona məxsus ağ rəngli “Prado” markalı avtomobilindəki 10 SS 917 nömrə nişanının xüsusi mənası var.

Müğənninin sözlərinə görə, nömrə nişanındakı SS hərfləri Səməd Səmədov deməkdir, 917 isə onun anadan olduğu ay və gündür, yəni 9-cu ayın 17-də dünyaya gəlib. Nömrə nişanı nümayişkaranə şəkildə efirdə də göstərilib.

Bununla da Səməd Səmədov özü də bilmədən Baş Dövlət Yol Polisi İdarəsini “baqaja qoyub”. O, dolayısı ilə təsdiq edib ki, Baş Dövlət Yol Polisi İdarəsində avtomobillərə nömrə nişanı verilərkən xüsusi xahişlər də nəzərə alınır. Belə xahişlərin isə elə-belə yerinə yetirildiyini demək çətindir.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsində avtomobillərə nömrə nişanı 16 manat rüsum ödədikdən sonra verilir. Maraqlıdır, Səməd Səmədov üçün özəl məna kəsb edən nömrə nişanı müğənniyə neçəyə başa gəlib?


A.Qorxmaz
 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi