Hollandiya hökuməti 17-ci əsrə məxsus görkəmli əsərlərdə imzası olan holland rəssam Rembrandt van Rijnin məşhur avtoportretini almağı planlaşdırır.
Modern.az xəbər verir ki, “Standard Bearer” adlı tablonu almaq üçün hökumət parlamentə müraciət edib.
Parlamentin təsdiqini gözləyən hökumət bu əsərin Hollandiyanın tarixi və mədəniyyəti üçün böyük əhəmiyyət daşıdığını bildirir.
1636-cı ilə aid olan bu şah əsər əsrlər boyu şəxsi kolleksiyaçıların əlində olub. Rəsm Rotşildlər ailəsi tərəfindən satın alınıb.
Satın alındıqdan sonra əsərin Amsterdamdakı “Rijksmuseum”da nümayiş etdirilməzdən əvvəl müxtəlif ölkələrdə sərgilənməsi planlaşdırılır.
Hökumət satış üçün 150 milyon avro ayırıb. Muzey də əsərin alınması üçün 10 milyon avro yardım edib. Rembrandt Assosiasiyası da 15 milyon avro əlavə edəcək. Əsərdə Rembrandt özünü Hollandiyanın İspaniya Krallığından müstəqillik əldə etmək üçün girdiyi 80-ci İllər Müharibəsi zamanı pankartı daşıyarkən təsvir edib. Müharibənin sonunda, 1648-ci ildə Hollandiya müstəqilliyini əldə etdi.
Rəsm 1844-cü ildən Rotşildlər ailəsinin fransız qolundadır və Fransa əsəri “milli sərvət” hesab edirdi. Daha sonra Fransa Hollandiyanın əsəri almaq hüququna malik olduğunu açıqlayıb və azad bazar şəraitində satıla biləcəyinə qərar verib.
Akif İsmayılov