“Kainat gözəli” müsabiqəsi bu il ilk dəfə İsraildə keçirilib.
“Kainat gözəli 2021” müsabiqəsinin qalibi məlum olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Harnaaz Sandhu (Hindistan) beynəlxalq gözəllik müsabiqəsinin qalibi seçilib.
İsraildə keçirlən müsabiqənin finalı dünyanın 170-dən çox ölkəsində canlı yayımlanıb.
Finalçıların ilk “onluq”una Kolumbiya, Fransa, Hindistan, Aruba, Paraqvay, Filippin, Puerto-Riko, Cənubi Afrika, Baham adaları və ABŞ-dan olan qızlar daxil idi.