Modern.az

Mədəniyyət xadimlərinə dəstək üçün fond yaradıla bilər - NAZİR

Mədəniyyət xadimlərinə dəstək üçün fond yaradıla bilər - NAZİR

Mədəniyyət

28 Dekabr 2021, 15:12

“Mədəniyyət və incəsənət xadimlərinin maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı alətlər və mexanizmlər mövcud deyil. Buna dəstək üçün fond yaradılmalıdır”.

 

Modern.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib.

 

Onun sözlərinə görə, bu istiqamətdə maliyyə ayrılmır:
 

"İmkanlar məhdud olsa da, müəyyən mexanizmlər yaradılmalıdır. Növbəti illərdə bir mexanizm fikirləşək, bəlkə fond yaradılsın. Fond vasitəsi ilə Azərbaycan mədəniyyətinə töhfə vermiş insanlara dəstək olarıq. Bu, bizim üçün önəmli layihədir. Bu mexanizmi maksiumum şəffaf, etimadlı şəkildə etməliyik ki, tezliklə nail olaq".

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər