Modern.az

Vəzirov İslamdan üz döndərmişdi? - FOTO

Vəzirov İslamdan üz döndərmişdi? - FOTO

Mədəniyyət

12 Yanvar 2022, 16:46

1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov bu gün Moskvanın Troyekurovskoye qəbiristanlığında torpağa tapşırılıb. Onun dəfnindən yayılan fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, sabiq rəhbərlə vida mərasiminin müsəlman dininin tələblərinə uyğun həyata keçirilməməsi diqqətdən yayınmayıb. Vəzirovla vida mərasimindən görünür ki, onun nəşi kafənsiz şəkildə tabuta yerləşdirilib, həm də mərhumun üzünü açıblar. İctimaiyyət nümayəndələrinin əksəriyyəti Ə.Vəzirovun İslam dinindən imtina edərək, ateizmi qəbul etdiyindən belə dəfn olunfuğunu bildirib. Bəziləri isə hətta mərhumun dinini dəyişdiyini iddia edib.
 

Bununla bağlı Modern.az-a danışan tanınmış telejurnalist İlqar Əlfioğlu Ə.Vəzirovun kommunistlərə xas şəkildə hansısa dini inancının olmadığını vurğulayıb:


“O dövrün adamları nadir hallarda dindar olardılar. Vəzirov qoca vaxtında inanmıram namaz qılaydı, özü də, Moskvada”.


İ.Əlfioğlu Ə.Vəzirovun anası Tovuz xanımın isə lap əvvəllərdən başına kəlağayı örtdüyünü, namaz qılıb, oruc tutan türk əsilli qadın olduğunu xatırladıb.


Qeyd edək ki, Əbdürrəhman Vəzirov öz vəsiyyətinə uyğun olaraq milliyyətcə rus olan mərhum həyat yoldaşı İrina Vəzirovanın yanında torpağa tapşırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər