Modern.az

Vətən müharibəsinə həsr olunan filmin hazırlıqları BAŞLAYIB

Vətən müharibəsinə həsr olunan filmin hazırlıqları BAŞLAYIB

Mədəniyyət

8 Fevral 2022, 08:50

Vətən müharibəsinə həsr olunacaq filmin yaradıcı heyəti haqqında məlumat çəkilişə hazırlıq prosesi ərəfəsində veriləcək.

 

Bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Rəsmi məlumata görə, hazırda 2022-ci ildə çəkiləcək döyüş filminin ssenarisinin hazırlanması mərhələsi aparılır.

 

Qeyd edək ki, 2021-ci ildə Vətən Müharibəsinə həsr olunmuş “Böyük qayıdış” adlı müsabiqə keçirilib. Müsabiqə nəticəsində 11 qalib seçilib və bu 11 filmin istehsalı Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər