Modern.az

Hollivud aktyoruna 20 il iş kəsildi

Hollivud aktyoruna 20 il iş kəsildi

Mədəniyyət

15 Fevral 2022, 12:23

Hollivud aktyoru Zak Averi dələduzluğa görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında bildirilib.

Amerikalı aktyor fırıldaqçılıqda günahını etiraf edib. O, Netflix və HBO kimi şəbəkələrdən bəzi filmlərin hüquqlarını satıb, piramida sxemi yaradıb və investorları 690 milyon dollar aldadıb.

Avery 240 ay həbs cəzasına məhkum edilib və 230 milyon dollardan çox təzminat ödəməlidir.

Hakim daha əvvəl 1 milyon dollar girov müqabilində Zak Averi azad etməyə razılıq vermişdi.

Zak Averi aşağı büdcəli elmi fantastika və qorxu filmlərində çəkilib. Onun ən böyük uğuru Bred Pittin köməkçisi olduğu "Qəzəb" filmində işləmək olub.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər