Modern.az

“Avroviziya” təmsilçimiz bəlli oldu - RƏSMİ

“Avroviziya” təmsilçimiz bəlli oldu - RƏSMİ

Mədəniyyət

16 Fevral 2022, 10:00

“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin kimliyi müəyyənləşib.

 

Bu barədə Modern.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycanı İtaliyanın Turin şəhərində "Səs Azərbaycan" müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək.

 

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər