Modern.az

Məşhurlar Rusiyanı tərk edir - Bezrukov da getdi

Məşhurlar Rusiyanı tərk edir - Bezrukov da getdi

9 Mart 2022, 17:40

Məşhur rusiyalı aktyor Sergey Bezrukov Rusiyadan Minskə uçub.

Modern.az xəbər verir ki, bu barədə o, Instagram hesabında məlumat yayıb.

“Mən Minskə uçuram. Bu gecə "Xuliqan. Etiraf". Görüşənədək”.

Sergey Bezrukov “Briqada”, “Admiral, “Trotski” seriallarından tamaşaçılara yaxşı tanışdır.

Bundan əvvəl bir sıra rus şou-biznes ulduzları Rusiyanı tərk edib. Belə ki, məşhur estrada müğənniləri Valeri Leontyev, Nataşa Korolyova da Rusiyanı tərk edərək ABŞ-a uçublar.

“Rusiyanın primadonnası” Alla Puqaçova əri – tanınmış şoumen Maksim Qalkin və əkiz övladları ilə birlikdə Rusiyadan çıxıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI