Modern.az

Alla Puqaçovadan Rusiyadan qaçması barədə xəbərə REAKSİYA

Alla Puqaçovadan Rusiyadan qaçması barədə xəbərə REAKSİYA

10 Mart 2022, 14:27

“Rusiyanın primadonnası” Alla Puqaçova Rusiyadan qaçdığına dair sosial şəbəkələrdə yayılan xəbərləri inkar edib.

Çoxları Alla Puqaçovanın Ukraynada müharibə başlayandan sonra uşaqları və əri Maksim Qalkinlə birgə Rusiyadan çıxdığını güman edirdi.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni martın 10-da verdiyi açıqlamada ölkəni həmişəlik tərk etmədiyini bildirib.

O, müalicə olunmaq üçün məzuniyyətə çıxdığını, bunun isə mühacirət sayılmadığını vurğulayıb.

Alla Puqaova onun Rusiyadan çıxmasına sevinən rus keşiş Andrey Tkaçovu da hədələyib.

Primadonna kilsə nümayəndəsini geri qayıdanda repressiyalara məruz qoyacağı ilə hədələyib.

"Sənin üçün dua edəcəm, kafir",-deyə o bildirib.


Xatıradaq ki, keşiş Andrey Tkaçov Alla Puqaçovanın mühacirət xəbərinə belə reaksiya vermişdi: "Puqaçova Rusiyanı həmişəlik tərk etdi. Ya Rəbb, mən bunu necə gözləyirdim".

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər