Modern.az

Qarabağ atlarının Ağdama yürüşü təşkil edilib

Qarabağ atlarının Ağdama yürüşü təşkil edilib

Mədəniyyət

14 Mart 2022, 12:43

30 illik ayrılıqdan sonra Qarabağ atlarının Ağdama yürüşü təşkil edilib.

Modern.az xəbər verir ki, bu missiyanı “Space” TV reallaşdırıb. Milli mənəvi dəyərlərimizin təbliği məqsədi ilə böyük heyətlə Ağdama yollanan “Space” TV-nin yaradıcı heyəti Ağdamda rangərəng layihələrə imza atıb. İlk olaraq Ağcəbədi rayonunda saxlanılan Qarabağ atlarının Ağdama yürüşü təşkil edilib ki, bu yerli sakinlərin böyük marağına səbəb olub.

Ağcəbədidən başlanan yürüş Ağdamda Muğam mərkəzinin qarşısında sakinlər tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılanıb, daha sonra Ağdam şəhərinin xarabalıqlarından keçərək, Şahbulaq qalasına yürüş edilib. Məhz Şahbulağın seçilməsi isə təsadüf deyil.

Ağdam işğal olunandan sonra düşmən hər yeni ili Şahbulaqda qeyd etməklə güya, ermənilərin Qarabağda ilk olaraq Şahbulaqda məskunlaşma fikrini formalaşdırmağa çalışırdılar. Bu gün “Space” televizizyası Şahbulaqda Novruz bayramını keçirməklə haqqın, ədalətin bərpa olunduğunu nümayiş etdirib.

Qeyd edək ki, yürüşdən sonra böyük konsert proqramı keçirilib. Tədbirdə Azərbaycanın tanınmış sənətçiləri iştirak edib.

Möhtəşəm konserti Bayram günlərində “Space” TV-nin efirində görə biləcəksiniz.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər