“Belə qərara gəldik ki, öz təsərrüfatımızda istehsal etdiyimiz yumurtaların satışını küçədə heç kim tərəfindən nəzarət olunmadan həyata keçirək”.
Modern.az xəbər verir ki, bunu Bakının Sabunçu rayonundakı Albalılıq qəsəbəsində yaşayan sosial şəbəkə istifadəçisi Sadiq Oğlu Facebook-da paylaşdığı fotonun şərh bölümündə yazıb:
“Çoxları buna ironiya ilə yanaşdı. Ancaq biz heç də yanılmadıq. Doğurdan da bizim xalqımız və millətimiz çox dürüst və bütün xalqlardan vicdanlıdır. Özünəxidmət formasında keçirilən satış tam özünü doğrultdu. Qutuda 84 manat 80 qəpik əvəzinə 85 manat pul var idi. Satışımız bu formada da davam edəcək. Bir sözlə. Eşq olsun Azərbaycan xalqına”.