Azərbaycan təmsilçisinin “Avroviziya-2022” mahnı müsabiqəsində ifa edəcəyi mahnı məlum olub.
Modern.az xəbər verir ki, müğənni Nadir Rüstəmli müsabiqədə "FADE TO BLACK” adlı mahnı ilə çıxış edəcək.
Qeyd edək ki, “Avroviziya-2022” mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək. Yarımfinal mərhələləri mayın 10-da və 12-də, final isə mayın 14-də baş tutacaq. “Avroviziya-2022”nin şüarı “The Sound of Beauty”dir (“Gözəlliyin səsi”).
Nadir Rüstəmli ikinci yarımfinalın birinci hissəsində çıxış edəcək. “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinə bəstəkar və prodüser İsa Məlikov rəhbərlik edəcək.