Modern.az

Zirəddin Rzayev Ukrayna ilə bağlı proqnozuna görə “ÖZÜNÜ YANDIRDI”

Zirəddin Rzayev Ukrayna ilə bağlı proqnozuna görə “ÖZÜNÜ YANDIRDI”

28 Mart 2022, 11:18

Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayevin Rusiya-Ukrayna müharibəsilə bağlı  ilə verdiyi proqnoz özünü doğrultmayıb.

Modern.az xatırladır ki, bir müddət öncə astroloq Səbuhi Rəhimlinin Youtube kanalına müsahibə verən Z.Rzayev bildirmişdi ki, müharibənin bitməsinə az qalıb:

“Bu müharibə uzun çəkməyəcək. Amma bu konflikt uzun müddət davam edəcək. Gərginlik az müddətdə aradan qalxmalıdır. Müharibənin bitməsinə az qalıb”.

Ekstrasens savaşın 24-cü gününün mühüm olması barədə belə bir mesaj da vermişdi:

“Bu müharibə 1 aydan çox çəkməməlidir. Az vaxt ərzində aradan qalxmalıdır. Müharibənin 24-cü günü mənim üçün çox maraqlıdır. Bunun səbəbi var. İnşallah biləcəksiniz”.

Zirəddin Rzayevin proqnozlarının əksinə olaraq, artıq 33 gündür davam edən Rusiya-Ukrayna müharibəsi nəinki dayanmayıb, hətta daha da qanlı miqyas alıb.

Savaşın 24-cü gününə gəldikdə isə Zirəddin Rzayevin gözlədiyi heç bir qeyri-adi hadisə yaşanmadı...

Bir sözlə, əvvəllər də bir sıra proqnozları ilə “özünü yandıran” azərbaycanlı ekstrasens növbəti dəfə insanları aldatdı.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!