Modern.az

Uill Smit şillələdiyi aparıcıdan üzr istədi

Uill Smit şillələdiyi aparıcıdan üzr istədi

Mədəni̇yyət

29 Mart 2022, 10:37

Hollivud aktyoru Uill Smit “Oskar” mükafatının təqdimat mərasimində şillə vurduğu aparıcı, komediya ustası Kris Rokdan üzr istəyib.

Modern.az xəbər verir ki, sənətçi bu haqda Instagram-da yazıb.

 

"Kris, səndən açıq şəkildə üzr istəyirəm, özümü itirdim və səhv etdim. Mən çox utanıram və hərəkətlərim olmaq istədiyim insana xas deyildi",- deyə Uill Smit yazıb.

 

Xatırladaq ki, hadisə ötən gün “Oskar” mərasimi zamanı yaşanıb. Paracı Kris Rok aktyor Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib. Buna sərt reaksiya verən Uill Smit səhnəyə qalxıb və Rokun üzünə şillə vurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil