Modern.az

“Grammy”nin qalibləri məlum oldu - VİDEO

“Grammy”nin qalibləri məlum oldu - VİDEO

Mədəniyyət

4 Aprel 2022, 09:08

“Grammy” mükafatlarının qalibləri elan olunub.

 

Modern.az xəbər verir ki, koronavirus pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq mərasim tam formatda keçirilib.

 

Mərasimin aparıcısı Cənubi Afrikalı komediya ustası, aktyor və teleaparıcı Trevor Noah olub.

 

“Ən yaxşı yeni ifaçı” nominasiyasında amerikalı müğənni Oliviya Rodriqo qalib olub. Müğənninin mərasimin əvvəlində ifa etdiyi “Drivers License” mahnısı ən yaxşı pop mahnısı kimi tanınıb.

 

Bundan əlavə, “Dream Theatre” qrupu “The Alien”, H.E.R. “Fight For You” kompozisiyasına, “Lucky Daye” “Table For Two” (Ən yaxşı R&B albomu) albomlarına görə mükafatlar qazanıblar.

 

Ən yaxşı “pop albom” mükafatına Ledi Qaqa və Toni Bennetin “ Love for Sale” mahnısı layiq görülüb.

 

Ən yaxşı rok ifası kateqoriyası üzrə mükafatı “Foo Fighters” qrupunun "Making A Fire", ən yaxşı rok kompozisiyasını “Foo Fighters”in "Waiting On A War", ən yaxşı rok albomunu isə Medicine At Midnight qazanıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər