Oskar mükafatlandırma mərasimində komediya aktyoru Kris Roka vurduğu sillə ilə gündəmə gələn məşhur aktyor Uill Smitin Oskar və digər tədbirlərə qatılması 10 il müddətinə qadağan edilib.
Modern.az xəbər verir ki, bu barədə mükafatı təqdim edən Akademiya məlumat yayıb.
Açıqlamada 94-cü Oskar mükafat mərasiminin Smitin səhnədəki qəbuledilməz və zərərli davranışının kölgəsində qaldığı bildirilib.
Smit qərar hörmətlə yanaşdığını vurğulayıb.
Akif İsmayılov