Modern.az

Space” TV \"Vətən müharibəsi xatirələri” müsabiqəsi elan etdi

“Space” TV \

20 Aprel 2022, 13:30

2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Zəfər xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Dövrün həqiqətlərinin qorunub saxlanılması və daha geniş auditoriyaya ötürülməsi üçün yaşanan xatirələrin qələmə alınması önəmlidir.

Modern.az xəbər verir ki, “Space” TV “Qədim Ocağın İşığında – Qarabağ Xatirələri” adlı müsabiqə elan edib.

Müsabiqəyə yalnız 44 günlük Vətən müharibəsində yaşananlardan bəhs edən xatirə nümunələri qəbul olunur.

Qaliblərin mükafatlandırılması dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasına yürüş sonrası təşkil olunacaq böyük ədəbi-musiqili proqram çərçivəsində baş tutacaq.

Müsabiqənin şərtləri:

• Müsabiqəyə 5 (beş) A4 səhifəsindən çox olmayan xatirə nümunələri qəbul olunur. Xatirələrin minimum səhifə sayı məhdudiyyəti yoxdur.

• Mətn üçün tələblər: “Arial” 12 şrift, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.

• Hər bir müəllif müsabiqəyə yalnız bir mətn təqdim edə bilər.

• Müsabiqədə yaş məhdudiyyəti yoxdur.

• Müsabiqədə çap olunmamış yeni xatirələrə üstünlük verilir. Müsabiqəyə daha əvvəllər çap olunmuş, lakin heç bir mükafat qazanmamış xatirə nümunələri də göndərilə bilər.

• Müəllif özü haqqında qısa məlumatı, əlaqə vasitəsini (telefon nömrəsi və e-mail), qeyd etməlidir.

• Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.

• Müəllif başqa birisinin xatirəsini qələm alırsa, həmin şəxsin kimliyini mətnin girişində qeyd etməlidir.

Münsiflər heyəti tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 5 nəfər qalib seçiləcək. Hər 5 müəllifə 1000 (min) manat pul mükafatı veriləcək. Münsifərin bəyəndiyi xatirələr kitab şəklində nəşr olunacaq və “Space” televiziyasında müəlliflərlə silsilə verlişlər çəkiləcək.

Müsabiqəyə əsər göndərmək müddəti 44 gün olaraq müəyyən edilib. Müsabiqəyə əsərlərin qəbulu 4 iyun 2022-ci il tarixində sona çatacaq. Müsabiqənin nəticələri 15 iyun tarixində elan olunacaq. Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək. İştirakçılar tərəfindən əsərlər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.

E-mail: [email protected]
Tel: (012) 492-76-35

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər