Modern.az

Bu il azərbaycanlılar harada dincəlmək İSTƏYİR?

Bu il azərbaycanlılar harada dincəlmək İSTƏYİR?

Mədəniyyət

30 Aprel 2022, 10:54

Turizm iqtisadiyyatın əsas istiqamətlərindən biridir. Ölkəyə gələn hər bir turist bu sahəyə töhfə vermiş olur. Pandemiyadan sonra turizm sektorunda canlanma müşahidə edilir. Bu, ölkəyə gələn turist sayında da özünü göstərir

 

Bəs bu sahədə hansı işlər görülür, hansı bölgələr daha çox turist cəlb edəcək?

 

Bu barədə Modern.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, qarşıdan gələn dövrdə koronavirusla bağlı müəyyən yumşalmaların davam edəcəyi gözlənilir:

 

"May ayının 1-dən maska taxma məcburiyyəti aradan qaldırılacaq. Ancaq quru sərhədləri hələ də açılmır.  Ümid edirik ki, artıq yay aylarında bununla bağlı tədbirlər görüləcək".

 

 

Ekspertin sözlərinə görə, turistlər ölkəmizə daha çox quru sərhədi ilə qonşu ölkələrdən gəlirlər:

 

"Ancaq müxtəlif hava yolu istiqamətində kifayət qədər uçuşlar həyata keçirilir. Tələbata görə reyslərin sayının artacağı gözlənilir. Əlbəttə, biz deyə bilmərik ki, bu il turist sayı 2019-cu il səviyyəsində olacaq.  Amma ötən illə müqayisədə nisbətən canlılıq olacağına ümid edirik".

 

Ekspert qeyd edib ki, daxili turizm əvvəlki illərdə olduğu kimi bu gün də əsas prioritetdir:

 

"Uçuşlar məhdudlaşmasa da, qiymətlər bahalaşıb. Qiymətlərdə haradasa 30-50 faizə qədər yüksəliş müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, daxili bazardan xaricə gedəcək potensial yerli turistlərin bir qismi yenə də daxili bazara yönələcək. Əvvəlki məhdudiyyətlər olmasa, yenə də yay aylarında qeyri-iş günlərində regionlarda, xüsusən turizmin inkişaf etdiyi regionlarda doluluq müşahidə edəcəyik".

 

O hesab edir ki, əhalinin daha çox ziyarət edəcəyi ərazilər Qəbələ, Şəki və Quba ola bilər:

 

"Bu il həm də cənub bölgələrində turizm baxımdan canlanma müşahidə edə bilərik. Çünki ora getmək daha asanlaşıb. Cənuba gedən yolda əvvəllər çətinlik yaşanırdısa, indi belə bir problem qalmayıb. Quba istiqamətində isə yol düzəlmir, bununla əlaqədar şikayətlər ara sıra olur".

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər