Modern.az

Nadir Rüstəmli İtaliyada ilk məşqinə çıxdı

Nadir Rüstəmli İtaliyada ilk məşqinə çıxdı

Mədəniyyət

2 May 2022, 17:40

Azərbaycanın "Eurovision 2022" təmsilçisi Nadir Rüstəmli İtaliyada PalaOlimpico səhnəsində ilk məşqini edib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan təmsilçisinin səhnə dekorasiyası nərdivan şəklində platformadan ibarətdir. Eyni zamanda maraqlı işıq effektləri səhnə nömrəsini daha güclü edir.

 

Qeyd edək ki, Azərbaycanın "Avroviziya-2022"də təmsil edəcək Nadir Rüstəmli müsabiqədə "Fade To Black" mahnısı ilə çıxış edəcək.

 

"Avroviziya-2022" mahnı müsabiqəsi Turində (İtaliya) keçiriləcək, yarımfinal 10 və 12 mayda, final mayın 14-də keçiriləcək. "Avroviziya-2022"nin şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi").

 

Nadir Rüstəmli ikinci yarımfinalın birinci hissəsində çıxış edəcək. "Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinə bəstəkar və prodüser İsa Məlikov rəhbərlik edəcək.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər