Modern.az

“Eurovision 2022”də finala yüksələn ilk 10 ölkə

“Eurovision 2022”də finala yüksələn ilk 10 ölkə

Mədəniyyət

11 May 2022, 07:23

İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçirilən 66-cı “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatıb.

 

Modern.az xəbər verir ki, Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ilk yarımfinalında 17 ölkənin - İslandiya, Avstriya, Danimarka, İsveçrə, Albaniya, Moldova, Xorvatiya, Yunanıstan, Litva, Latviya, Ukrayna, Norveç, Sloveniya, Bolqarıstan, Niderland, Portuqaliya və Ermənistanın təmsilçiləri performanslarını nümayiş etdiriblər.

 

Çıxışlardan sonra səsvermə keçirilib, ən çox səs toplayan 10 ölkə finala mərhələsinə yüksəlib. Həmin ölkələr Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistandır.

 

“Eurovision 2022”nin ikinci yarımfinal mayın 12-də keçiriləcək. Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya, Çexiya təmsilçiləri səhnəyə çıxacaqlar. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edəcək.

 

İkinci yarımfinalda da ilk onluğa daxil olmağı bacaran ölkələr finala yüksələcəklər.

 

Qeyd edək ki, dünyanın ən böyük canlı musiqi tədbirində 40 ölkə iştirak edir. Həmin ölkələrin 35-i yarımfinallarda yarışacaq. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Şüarı “The Sound of Beauty” (“Gözəlliyin Səsi”) olan “Eurovision 2022”nin finalı mayın 14-də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər