Modern.az

“Avroviziya”nın ikinci yarımfinalı keçirilir - VİDEO

“Avroviziya”nın ikinci yarımfinalı keçirilir - VİDEO

Mədəniyyət

12 May 2022, 23:13

İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da 66-cı “Avroviziya” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.

 

Modern.az xəbər verir ki, yarımfinalda 18 ölkənin - Azərbaycan, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya və Çexiya təmsilçiləri səhnəyə çıxırlar. İlk onluğa daxil olmağı bacaran ölkələr finalda mübarizə aparacaqlar.

 

Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edib.

 

Qeyd edək ki, İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə keçirilən müsabiqənin ilk yarımfinalında 10 ölkə - Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistan finala yüksəlib.

 

Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilən dünyanın ən böyük canlı musiqi tədbirində bu il iştirak edən 40 ölkənin 35-i yarımfinallarda yarışır. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Ümumilikdə 25 ölkənin təmsilçiləri mayın 14-də keçiriləcək finalda öz performanslarını nümayiş etdirəcəklər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər