Modern.az

Azərbaycan “Avroviziya”nın FİNALINDA

Azərbaycan “Avroviziya”nın FİNALINDA

Mədəniyyət

13 May 2022, 01:08

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanı müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edib.

 

Səsvermədən sonra ilk onluğa daxil olmağı bacaran Azərbaycan mayın 14-də keçiriləcək final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

 

Bundan başqa, Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya da finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, mahnı müsabiqəsinin birinci yarımfinalında 10 ölkə - Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistan finala çıxmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi