Modern.az

Şuşanın UNESCO-nun İrs Siyahısına salınması təklif olundu

Şuşanın UNESCO-nun İrs Siyahısına salınması təklif olundu

Mədəniyyət

19 May 2022, 18:00

Şuşanın UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması təklif edilib.

 

Modern.az xəbər verir ki, bu təkliflə Maltanın UNESCO üzrə Milli Komissiyasının sabiq rəhbəri Raymond Bondin Şuşadakı “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxış edib.

 

“Şuşa UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına ən yaxşı namizəddir. Şuşanın gözəlliyi, landşaftı və azərbaycanlıların buraya verdiyi əhəmiyyət bunu bir daha sübut edir”,- deyə R.Bondin bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər