Deputat dövlət büdcəsindən kino sahəsinə ayrılan pulun azlığından şikayətlənib.
Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.
Deputat qeyd edib ki, Azərbaycanda kino çəkmək üçün hər il dövlət büdcəsindən 5-6 milyon manat vəsait ayrılır:
"Həmin pulla isə indi ancaq cizgi filmi çəkmək olar".