Modern.az

"Məktəb”in Sabirə həsr olunmuş xüsusi nömrəsi 

Mədəniyyət

27 May 2022, 13:24

Böyük Azərbaycan şairi və mütəfəkkiri, milli oyanış, humanizm, müsbət ideallar və demokratik dəyərlərin fədakar carçısı M.Ə.Sabirin anadan olmasının 160 illiyi ərəfəsində “Mütərcim” nəşriyyatı “Məktəb” jurnalının qüdrətli söz ustasına həsr edilmiş xüsusi nömrəsini oxuculara təqdim edib.

 

Modern.az xəbər verir ki, 1913-cü ildə şairin vəfatının 2-ci ildönümünə həsr olunmuş məqalə və şeirlərdən ibarət həmin xüsusi buraxılışın transliterasiyasını BSU-nun doktorantı Fərqanə Məlikova hazırlayaraq “Məktəb” jurnalı haqqında xüsusi məqalə ilə birlikdə çap etdirib.

 

Buraxılışın redaktoru BDU-nun Mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğludur. Xüsusi buraxılışa giriş sözü yazan filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bu nəşri böyük satirik şairimizin irsinə dərin ehtiram və Sabirsevərlərə  qiymətli hədiyyə kimi qiymətləndirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər