Modern.az

Rasim Balayev yeni vəzifəsindən DANIŞDI - Yeniliklər olacaq

Rasim Balayev yeni vəzifəsindən DANIŞDI - Yeniliklər olacaq

31 May 2022, 16:16

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclasında Xalq artisti Rasim Balayev qurumun sədri seçilib. Məşhur aktyorun namizədliyi İdarə Heyətinin üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

 

Yeni vəzifəyə seçilməsi barədə Modern.az-a danışan Xalq artisti gələn həftədən işə başlayacağını bildirib:

 

“Gələn həftədən işə çıxacağam, bu sahədə yeniliklər etməyi düşünürük. Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətinin yaxşı olacağına, faydalı işlər görəcəyinə inanırıq”.

 

Səhhəti ilə bağlı sualımıza cavab verən R.Balayev qeyd edib ki, hazırda vəziyyəti yaxşıdır, müalicə almağa davam edir.

 

Elmar Hüseynov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər