Modern.az

Rasim Balayevlə Şəfiqə Məmmədovanın ittifaqı birləşəcək? - AÇIQLAMA

Rasim Balayevlə Şəfiqə Məmmədovanın ittifaqı birləşəcək? - AÇIQLAMA

1 İyun 2022, 12:36

Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçildikdən sonra bu quruma yeniliklər gətirəcəyini, o cümlədən xalq artisti Şəfiqə Məmmədovanın sədri olduğu digər ittifaqla da (Azərbaycan Respublikası Kinematoqrafçlar İttifaqı - ARKİ) birləşərək, vahid təşkilatda fəaliyyət göstərməyin tərəfdarı olduğunu bildirib.

 

Bununla bağlı Modern.az-a danışan əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib ki, kinonun inkişafı naminə görülən işlərin bir ocaqdan fəaliyyət göstərməsi daha məqsədəuyğundur.

 

“Kino ilə bağlı yeniliklər, atılan addımların səmərəli olması üçün Prezidentimizin təbirincə desək, bir yumruq altında fəaliyyət göstərməyin tərəfdarıyam”.

 

B.Vəziroğlu onu da qeyd edib ki, vahidləşmədən sonra yalnız yaşlı sənətçilərə deyil, gənc və perspektivli incəsənət nümayəndələrinə də yol açılacaq. Çünki bugünkü Azərbaycan kinosu gənclərin əlindədir”.
 

Xalq artisti Şəfiqə Məmmədova AKİ ilə ARKİ-nin birləşməsinin mümkün olub-olmayacağı ilə bağlı sualımızı cavablandırmaqdan imtina edib.
 

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin ümumi iclasında Xalq artisti Rasim Balayev qurumun sədri seçilib.
 

 Elmar Hüseynov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər