Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni təyinat olub.
Modern.az xəbər verir ki, Qoruq İdarəsinin Tarixi-mədəni irsin qorunması, ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsinin rəisi Tural Novruzov irəli çəkilib.
Belə ki, o, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi sədrinin müavini vəzifəsinə təyin olunub.
Tural Novruzov 2000-2004-cü illərdə Bakı Dövlət Universitetininin Beynəlxalq hüquq və münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə magistr təhsili almış və fərqlənmə ilə bitirib. Gəncə şəhərinin baş planının hazırlanmasını icra edib.
2021-ci ildən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Tarixi-mədəni irsin qorunması, ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsinə rəhbərlik edib.
Ailəlidir, iki övladı var.