Modern.az

Ukrayna “Avroviziya-2023”ə hazırlaşır

Ukrayna “Avroviziya-2023”ə hazırlaşır

Mədəniyyət

11 İyun 2022, 15:11

Ukrayna “Avroviziya-2023” mahnı müsabiqəsinin hazırlığına başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avroviziyanın rəsmi saytında məlumat yer alıb.

 

Bildirilib ki, hazırlıqla bağlı qərar iyunun 10-da Ukrayna hökumətinin iclasında qəbul edilib. Nazirlər Kabineti təşkilat komitəsinin tərkibini təsdiqləyib.

 

Müsabiqə gələn ilin may ayında keçiriləcək. Dəqiq tarixlər hələlik məlum deyil. Müsabiqədə 19 ölkə iştirak etmək istəyini bəyan edib. 

 

Avropa Yayım Birliyinə üzv olan yayım şirkətləri öz ölkələri adından 2022-ci ilin oktyabrına qədər yarışda iştirak etmək üçün ərizələrini rəsmi şəkildə təqdim etməlidirlər.

 

Xatırladaq ki, Ukraynanın "Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022”nin qalibi olub.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər