Belarus prezidenti Aleksandr Lukaşenkonun kiçik oğlu Kolya sosial şəbəkələrdəki müzakirələrin mərkəzinə düşüb.
Modern.az xəbər verir ki, Kolya məzun günü ilə bağlı tədbirə mavi kostyumda gəlib və sarı rəngli paltar geyinmiş sinif yoldaşı olan qızla şəkil çəkdirib.
Bu birləşmə Ukrayna bayrağının rənglərini simvilozə etdiyindən internet şəbəkələrində müzakirələr açılıb.
Qeyd edək ki, hadisə ukraynalı jurnalist Vladimir Qorkovenko tərəfindən Facebook-da ictimailəşdirilib.
"Kolya Lukaşenko buraxılış mərasiminə mavi kostyumda gəldi. Onun yanında sarı paltarda bir sinif yoldaşı var idi. Nəticədə ortaya Ukrayna bayrağı çıxdı. Görünür, bu, "bığlı tarakan"a çox sadə işarədir", - jurnalist yazıb.