Modern.az

Tanınmış aktyor vəfat edib

Tanınmış aktyor vəfat edib

14 İyun 2022, 17:56

Amerikalı aktyor Filip Beyker Holl vəfat edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor Qlendeyl şəhərindəki evində dünyasını dəyişib.

 

Tanınmış aktyorun həyat yoldaşı Vulf Holl bildirib ki, ömrünün son günlərində o, həyatı barədə çox fikir çəkirdi.

 

Qeyd edək ki, Filip Beyker Holl 1931-ci ildə Tolido şəhərində dünyaya gəlib. Ötən əsrin 60-cı illərində Nyu-Yorka köçdükdən sonra Brodvey teatrlarında fəaliyyətə başlayıb. Filip Beyker Hollun kinodakı debütü “Qorxaqlar” filmi olub. “Pik saatı”, “Trumanın şousu”, “Qüdrətli Bryus”, “Bürc”, “İstedadlı mister Rippi” və “Doqvill” filmləri aktyoru daha çox tanıdıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər