Modern.az

Tahir Əmiraslanov təəssüfləndi: “Bu festivallar Azərbaycanda dayandırıldı”

Tahir Əmiraslanov təəssüfləndi: “Bu festivallar Azərbaycanda dayandırıldı”

Mədəniyyət

13 İyul 2022, 11:42


Azərbaycan Milli Kulinariya Assosiyasiyasının rəhbəri Tahir Əmiraslanov əvvəllər ölkəmizdə keçirilən bəzi beynəlxalq festivalların bu il təşkil olunmayacağını qeyd edib.

Modern.az-ın məlumatına görə, T.Əmiraslanov konkret olaraq Beynəlxalq Ənənəvi Şirniyyat günü və digər tədbirlər barədə danışıb:

“Hər ilin 20 iyulunda Beynəlxalq Ənənəvi Şirniyyat günü Şəkidə keçirilirdi. Festival ölkəmizə həm gəlir, həm şöhrət gətirərdi.
Həmin tədbir bizim Qəbələ Ənənəvi Mürəbbə və Bakı Ənənəvi Çay festıvalları ilə bağlıydı.

Məqsəd:

- Azərbaycan Çay süfrəsi ənənəsinin UNESKO-da təsbiti;

- Milli mətbəxin tanıdılması və mühavizəsi idi.

Məsələn, bu gün bədnam qonşular paxlavaya əl atanda, yüzlərlə xarici mütəxəssis bu şirniyyat növünün bixə məxsus olduğunu yazacaqdı.

Şəki paxlavası o vaxt patent olundu.

- 3700 il yaşı olan Şəki samovarına Şəkidə abidə qoyulması ilə bağlı danışıqlar gedirdi.

- ölkəmizə valyuta gətirilməsi. Arıq bir çox xarici şirkətlər bu festivallarla maraqlanırdı.

Bütün bu festivallar dayandırıldı”.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər