Türkiyənin məşhur yazıçısı Rasim Özdənörən 82 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
1940-cı ildə Kahramanmaraş bölgəsində anadan olan yazıçı Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında dünyasını dəyişib.
30-a yaxın kitabın müəllifi olan Özdənörənin “Kirli şüşələr” adlı kitabı Azərbaycanda da nəşr olunub.