Azərpaşa Zəfər oğlu Nemətov “Şərəf” ordeni ilə təltif edilib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, sabah A.Nemətovun yubileyidir - onun 75 yaşı tamam olur.
Teatr rejissoru, Xalq artisti Azərpaşa Nemətov 2016-cı ildən Akademik Milli Dram Teatrının direktoru vəzifəsində çalışır.