Məşhur rejissor Todd Fillipsin “Coker-2” filmi 2024-cü ildə nümayiş olunacaq.
Modern.az xəbər verir ki, filmdə dünya şöhrətli müğənni Ledi Qaqa da rol alacaq. O, Harli Kvin obrazını canlandıracaq.
Ledi Qaqa filmin çəkilişinə görə 10 milyon dollar alacaq.
Qeyd edilib ki, bu rəqəm Coker roluna görə Feniksin qonorarından xeyli azdır. Belə ki, Hollivud aktyoru Xoakin Feniks canlandıracağı rola görə 150 milyon dollar alacaq.