Modern.az

Vətən müharibəsi haqda serial 1 milyon dollara başa gələcək

Vətən müharibəsi haqda serial 1 milyon dollara başa gələcək

Mədəniyyət

25 Avqust 2022, 13:19

Mədəniyyət Nazirliyi “Qarabağ Vətən Müharibəsi” şərti adlı 8 bölümlü bədii serialın çəkilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurub.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalına yerləşdirilib.

 

Tenderin qalibi “Bozdağ Film Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirket”i olub.

 

Qalib şirkətə 1,7 milyon manat (1 milyon ABŞ dolları) ödəniləcək.

 

Qeyd edək ki, “Bozdağ film” studiyası Türkiyənin “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və digər bir sıra məşhur seriallarının istehsalçısıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər