Modern.az

AYB-də qurultayqabağı toplantı keçirildi

AYB-də qurultayqabağı toplantı keçirildi

Mədəniyyət

30 Avqust 2022, 10:31

Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin, katiblərin və seksiya rəhbərlərinin iştirakı ilə seksiyaların qurultayqabağı toplantısı keçirilib.

 

Bu barədə Modern.az-a AYB-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, keçirilən topantıda qurultayqabağı hazırlıq məsələləri müzakirə edilərək seksiya rəhbərlərinin təklifləri dinlənilib. Müzakirələr zamanı qərara alınıb ki, sentyabrın 2-də poeziya və uşaq ədəbiyyatının, 9-da nəsr və dramaturgiya, 16-da isə tənqid və tərcümə seksiyalarının birgə və geniş toplantısı keçirilsin.

 

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı oktyabr ayının 5-də Bakı şəhərində keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər