Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədovaya Özbəkistanın Xalq artisti adı verilib.
Modern.az xəbər verir ki, Prezidentin sərəncamları ilə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi Binnətova mədəni-ədəbi əlaqələrimiz sahəsindəki xidmətlərinə görə ölkənin nüfuzlu “Dostluq” ordeninə layiq görülüblər.
Xatırladırıq ki, mükafat alanlar müntəzəm olaraq Özbəkistanda keçirilən müxtəlif tədbirlərdə yaxından iştirak edirlər.
Qulu Kəngərli,
Daşkənd