Modern.az

Məşədi Məhəmməd Fərzəliyev Şuşalı

Məşədi Məhəmməd Fərzəliyev Şuşalı

Mədəniyyət

30 Avqust 2022, 16:31

Yeni mənbələr, maraqlı faktlar


2022-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən "Şuşa ili" elan edilib. 1872-ci ildə Şuşada doğulmuş böyük xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyev Şuşalının 150 illik yubileyinin bu ilə təsadüf etməsi də simvolik hadisədir. Onun zəngin irsi (50-dən çox ifası) Azərbaycan Dövlət Səs Yazıları Arxivində böyük diqqət və qayğı ilə qorunub saxlanılıb və tədricən bərpa edilərək müasir səs daşıyıcılarına köçürülüb. Azərbaycan muğam irsimizin hamisi, muğam sənətimizin bugünkü səviyyəyə çatmasında misilsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya böyük xəzinəmizə, zəngin sərvətimizə göstərdiyi diqqət və qayğıya görə bütün muğamsevərlər adından səmimi təşəkkürümü bildirirəm. 

Çox yaxşı ki, Azərbaycan Dövlət Səs Yazıları Arxivində əsrin əvvəllərində yaşamış bütün məşhur xanəndələrimizin səs yazıları var. Məşədi Məhəmməd Fərzəliyev haqqında kitab üzərində işləyərkən yenidən Səs Yazıları Arxivində oldum, onun səsi yazılmış onlarla vala qulaq asdım. Mənə 1914-cü ildə "Sport-Rekord" (Almaniya), "Pate" (Fransa) firmalarının Məşədi Məhəmməd Fərzəliyev Şuşalıya həsr edilmiş kataloqları da göstərdilər. Bu böyük xanəndənin qarabağlı, şuşalı olmasına şübhə edənlərə deyirəm: həmin kataloqlara  və vallara diqqətlə baxın.


Gülhüseyn Kazımlı,
Filologiya üzrə fəlsəfə doktoru,
Muğam irsimizin tədqiqatçısı

 

Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivinin direktoru Xədicə xanım Fərəcullayeva və Gülhüseyn Kazımov.

"Sport-Rekord" firmasında Məşədi Məhəmməd Fərzəliyev

Şuşalıya həsr edilmiş  kataloq (1914)

Məşədi Məhəmməd Fərzəliyev Şuşalı

Məşədi Məhəmməd Fərzəliyev Şuşalının "PATE" firması tərəfindən çap edilmiş kataloqu (1914-cü il).

Məşhur oxuyan qarabağlı Məşədi Məhəmməd Fərzəliyev (yuxarıda)

Məşədi Məhəmməd Fərzəliyev Şuşalı (aşağıda)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər