Modern.az

“Zorro” haqqında serial çəkilir

“Zorro” haqqında serial çəkilir

Mədəniyyət

2 Sentyabr 2022, 08:01

İspaniyada “Zorro” haqqında yeni serial çəkilir.

 

Modern.az xəbər verir ki, çəkilişlərə məşhur “La casa de papel” (“Kağız ev”) serialının rejissoru Xavyer Kintas rəhbərlik edir.

 

Məlumata görə, serialda hadisələr 1830-cu illərdə Los-Ancelesdə cərəyan edəcək. “İspan Robin Qud”un obrazını Migel Bernardo canlandıracaq.

 

Serialın çəkilişləri iyulun sonunda başlayıb. Onun premyerası “Amazon Prime Video”da baş tutacaq. İlk nümayişin tarixi hələ məlum deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər