Modern.az

Kraliça necə xanım idi - Bu suala kitablar cavab verir

Kraliça necə xanım idi - Bu suala kitablar cavab verir

Mədəni̇yyət

10 Sentyabr 2022, 21:10

Kraliça II Elizabet taxt-tacda olduğu 70 il ərzində təkcə Böyük Britaniyada deyil, bütün dünyada hamının sevimlisi titulunu qazanıb.

 

Modern.az xəbər verir ki, Kraliçanın şlyapa seçimi, korqi cinsindən olan itlərə sevgisi, heyranedici təbəssümü, çoxsaylı başqa cəhətləri onu əlçatmaz monarxdan sadə insanlara yaxınlaşdırıb. Ülyahəzrətin həyatı çoxsaylı bioqraflar üçün ilham mənbəyi olub.

 

Kraliçanın obrazı filmlərdə və seriallarda, nəsr əsərlərində, eləcə də poeziyada təcəssüm edilib. Tarixçidən başlamış rejissora qədər hər kəs “öz Elizabeti”ni təsəvvür edir və göstərirdi.

 

Oxucular Kraliçanın bioqrafiyası ilə bu kitablarda tanış ola bilərlər: “II Elizabet – Böyük Britaniya Kraliçası” (müəllif Mariya Erton), “Kraliça danışır. Kraliçanın özünün çəkdiyi portreti” (İnqrid Syuard), “II Elizabet. Dünyanın Kraliçası. Monarx və dövlət xadimi” (Robert Hardman), “Ülyahəzrət Böyük Britaniya Kraliçası II Elizabet. Müasir Britaniya monarxiyasına bir baxış” (Arina Polyakova), “II Elizabet. Bioqrafiya” (Karoli Erikson).

 

Elizabetin obrazı bir sıra bədii romanlarda da təcəssüm etdirilib: “Mürəbbiyə” (müəllif Venda Holden), “Kraliça və biz” (Syu Tauensend), “Vindzor düyünü” (S.C.Bennet), “Qeyri-adi oxucu” (Alan Bennet), “Kraliçanın paltarı” (Cennefer Robson).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər