Modern.az

Venesiya film festivalının ən yaxşıları seçildi

Venesiya film festivalının ən yaxşıları seçildi

11 Sentyabr 2022, 11:34

Keyt Blanşett və Kolin Farrell 79-cu Venesiya Film Festivalında ən yaxşı qadın və kişi rollarına görə Volpi Kuboku qazanıblar.

 

Modern.az xəbər verir ki, təqdimat festivalın “YouTube” kanalında yayımlanıb.

 

Qərarı amerikalı aktrisa Culian Murun rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti elan edib.

 

Blanşett bu mükafatı Todd Feldin “Tar” filmində Berlin Filarmonik Orkestrinə rəhbərlik edən ilk qadın orkestr dirijoru roluuna görə alıb.

 

Farrell isə Martin MakDonun “The Banshees of Inisherin” filmindəki ifasına görə mükafata layiq görülüb.

 

Qeyd edək ki, festivalın əsas mükafatı sayılan “Qızıl aslan” Laura Poitrasın “All the Beauty and the Bloodshed" sənədli filminə verilib. 79-cu kinofestivalın proqramında yeganə olan sənədli film fotoqrafın dərman şirkətinə qarşı mübarizəsindən bəhs edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir