Modern.az

Tokayev Roma Papasına dombra hədiyyə etdi - FOTO

Tokayev Roma Papasına dombra hədiyyə etdi - FOTO

Mədəni̇yyət

15 Sentyabr 2022, 17:10

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Nur-Sultanda keçirilən dünya dini liderlərinin VII qurultayına gəlmiş Roma Papası Fransiskə dombra hədiyyə edib.


Modern.az xəbər verir ki, prezidentlə görüşdə Roma Papası Qazaxıstan torpağında olmasından məmnun olduğunu bildirib.

Qasım-Jomart Tokayev isə Papa Fransiskə dombranı qazax torpağına ayaq basması münasibətilə xatirə olaraq hədiyyə etdiyini söyləyib.
 

Papa Fransisk Nur-Sultandakı qurultayda qazax milli aləti - dombranın simvolizmi ətrafında qurduğu nitqlə çıxış edib.

O, Qazaxıstandakı müxtəlifliyi və harmoniyanı  milli musiqi aləti dombraya bənzətdiyini deyib:


“Mən bu ölkədə olmağımdan çöx şadam, Qazaxıstan böyük olduğu qədər də qədimdir. Bu ölkədə dialoqun və birliyin yolunu tapmaq üçün dünyanın bir zəvvarı kimi ziyarətə gəlmişəm. Bizim dünyamızda təcili olaraq harmoniyanı  bərpa etməyin zamanı yetişib.

Ölkənizə məxsus ənənəvi və xüsusi bir musiqi aləti var, artıq onunla tanışam. Adı dombradır. Qazaxıstanın mədəni simvolu olan dombra o qədər vacib alətdir ki, hətta onun adına  xüsusi gün də təyin etmisiniz. Ona görə də mən öz çıxışımı elə bu sirli musiqi alətinin üzərində qurmaq istəyirəm. Buraya gəlməzdən əvvəl öyrəndim ki, hələ orta əsrlərdən başlayaraq insanlar bu musiqi alətində ifa ediblər, onun sədaları altında şeir deyib, dastanlar danışıblar. Bununla da keçmişi bu günlə bağlayıblar. Müxtəlifliklə davamlılığın simvolu bütöv bir ölkənin ritm yaddaşıdır və bu bizdən əvvəlki  həyat ilə, keçmiş ilə bağlarımızı unudulmamağa qoymur. Həmçinin, əcdadlardan qalmış ənənələr keçmişi xəzinə kimi qorumağı öyrədir, bu da ki, sizdə vardır. Burada sizin gözəl bir adətinizi xatırlamaq istəyirəm: həftənin cümə günləri səhər tezdən əcdadlarınızın adına 7 çörək bişiririsiniz”.



Papa Fransisk eyni zamanda qeyd edib ki, dombra iki simə toxunaraq çalınır.

“Qazaxıstan həm də “iki paralel sim” arasında harmoniya yaradaraq irəli getmək qabiliyyətini xarakterizə edir: qışı şiddətli şaxtalarla, yayı isə isti keçən, qədim şəhərlərin yeni müasir şəhərlərlə görüşməsi ilə simvollaşdırılan ənənələr və tərəqqi də buranın bəzəyidir.

Bu ölkə bir də ona görə gözəldir ki, burada  iki qəlbin – Asiya və Avropanın melodiyaları səslənir, bu da iki qitəni birləşdirmək missiyasını yaradır. Dombranın simləri buradakı digər mədəniyyətlərə məxsus alətlərin simləri ilə eyni musiqini ifa edir. Bu simlərdən axan səslər süzülərək özlüyündə ümimi xor, ümumi harmoniya yaradır, həyatın nəbzini tutur. Dombra  bizim üçün də bir stimuldur. O ilk növbədə  xalq çalğı alətidir, onun musiqisində bu xalqın ruhu və gücü yaşayır.

Mən çıxışımın sonunda yenə dombradan danışmaq istəyirəm. Siz yəqin ki, deyəcəksiniz ki, Papa musiqiçidir!.. Dombra  həm də Qazaxıstanı və bu regionun digər ölkələrini bir-birinə yaxınlaşdırır. Bu da dünyanın mədəni mənzərəsinin genişlənməsinə böyük töhfə verir. Mən arzu edirəm ki, bu ölkənin adı hər zaman harmoniya və sülhlə sinonim olsun”.


Aida Eyvazlı
Nur-Sultan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı