Arxiv
18 Sentyabr 2022, 09:30 | MƏDƏNİYYƏT
Musiqimizin banisi - Üzeyir Hacıbəylinin doğum günüdür

Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 137-ci ildönümü tamam olur. 

 

Modern.az bildirir ki, Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də dünyaya göz açıb. Dahi bəstəkarın dünyaya göz açdığı gün həm də ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

 

Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Təəssüflər olsun ki, sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimizin olması ilə əlaqədar 18 Sentyabr - Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınıb. Musiqi Günü çərçivəsində keçiriləcək festivalın proqramında olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılıb.

 

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 114 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

 

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

 

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

 

Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

 

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

 

Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

 

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

 

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

 

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

 

Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi mənsub olduğu xalqın qəlbində əbədi olaraq daim yaşayacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
70 yaşlı piyadanı avtomobil vurdu 09:58, Bu gün 2 aktrisa bədbəxt hadisənin qurbanı oldu 09:48, Bu gün Stadionda iğtişaş: onlarla ölən var  09:39, Bu gün Türkiyədə İŞİD üzvləri qandallandı  09:30, Bu gün Traktor aşdı: 22 nəfər öldü  09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xan həbs ediləcək - MƏHKƏMƏ QƏRARI  09:05, Bu gün Bursada ət deposu yandı 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14 “Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu 1 Oktyabr 2022, 19:57 İlham Əliyev Bolqarıstanda açılışa qatılıb - YENİLƏNİB 1 Oktyabr 2022, 19:54 Yaşayış binasında yanğın, 37 nəfər təxliyə edildi - YENİLƏNİB 1 Oktyabr 2022, 19:36 Azərbaycanda kompüter istehsalı artıb 1 Oktyabr 2022, 19:30 Kadırov Ukraynanı nüvə silahı ilə vurmağa ÇAĞIRDI 1 Oktyabr 2022, 19:11 İlham Əliyevin Bolqarıstana səfəri başa çatdı 1 Oktyabr 2022, 18:51 ATƏT missiyası Ermənistan-Azərbaycan sərhədinə göndərilə bilər 1 Oktyabr 2022, 18:48 Məşhur jurnalist AZƏRTAC-da ustad dərsi keçib 1 Oktyabr 2022, 18:37 Fransa Ukraynaya əlavə Sezar”lar göndərəcək  1 Oktyabr 2022, 18:33 Rusiya Liman şəhərindən geri çəkildiyini bəyan etdi 1 Oktyabr 2022, 18:14