Modern.az

“Şuşaya salam” təqdim olundu - FOTOLAR

“Şuşaya salam” təqdim olundu - FOTOLAR

Mədəni̇yyət

23 Sentyabr 2022, 14:16

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin mətbuat və ictimaiyyət üçün təqdimatı keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ili “Şuşa İli” elan edib.

 

Yazıçılar Birliyinin Mədəniyyət Nazirliyi, “Space” telekanalı ilə birgə “Şuşaya salam” layihəsi də “Şuşa ili”nə həsr olunub.

 

Layihənin müəllifi və koordinatoru şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, məsləhətçiləri Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, “Space” telekanalının rəhbəri Müşfiq Hətəmov, rejissor İman Məcidovdur.

 

27 sentyabr-9 noyabr tarixlərində Şuşada dünya şairləri Şuşa üçün şeir oxuyacaqlar.

 

Belə ki, Azərbaycan, Macarıstan, İran, Vyetnam, Danimarka, Ukrayna, İtaliya, Qırğızıstan, Türkiyə və digər ölkələrdən 44 şairin iştirakı ilə Şuşada poeziya festivalı keçiriləcək.

 

Azərbaycanı festivalda Anar, Ramiz Rövşən, Vahid Əziz, İlqar Fəhmi, Sayman Aruz, Əkbər Qoşalı, İmir Məmmədli, Səlim Babullaoğlu təmsil edəcək.

 

Festivalda Mətin Çingiz, Məhməd Can Doğan, Yuri Lapin, Alеksandr Səlimov, İan Pirt, Xurşud Davron, İon Hadırka, Nikolae Spetaru, İqor Volnitski, Mariya Kobets, Tatyana Sivets, Maki Starfild, Sayat Kamşıger, Milisa Liliç və digər tanınmış şairlər, ədəbiyyatçılar iştirak edəcək.

 

Layihənin müəllifi və koordinatoru Səlim Babullaoğlu bildirib ki, “Şuşaya salam” ilk növbədə beynəlxalq poeziya layihəsidir, hətta müəyyən mənada onlayn beynəlxalq poetik festivaldır:

 

“Həm əcnəbi şairlər, həm azərbaycanlı şairlər bilinən, dəyərli şair və ədəbiyyatçılardır. Onlar şəhər haqqında, mədəniyyət haqqında, şəhərin və mədəniyyətin toqquşması barədə danışacaq, Şuşanı salamlayacaq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı. Bir çox əcnəbi şairlər Şuşada olmayıblar. Nəinki Şuşada, Azərbaycanda, Bakıda belə olmayıblar. Amma onların hamısı ölkəmizin tarixini, Şuşanın tarixini bilirlər, Şuşanın Azərbaycanın tarixi və mədəniyyətindəki yerindən xəbərdardılar. Onların səsləndirdikləri şeirlər Şuşaya aid olmasa da, Şuşaya ithaf olunacaq”.

 

Qeyd edək ki, 30 ölkədən 44 şairin iştirak etdiyi layihə 44 gün davam edəcək. Hər şair bir gün öz şeirini oxuyacaq və hər bir oxu gün ərzində “Space” telekanalında yayımlanacaq. Proyektin sonunda bütün şairlərin imzasıyla hazırlanmış Memorial lövhə Şuşa şəhərinə hədiyyə ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi