Modern.az

Azərbaycan İrəvandakı “Uşaq Avroviziyası”ndan İMTİNA ETDİ 

Azərbaycan İrəvandakı “Uşaq Avroviziyası”ndan İMTİNA ETDİ 

Mədəni̇yyət

26 Sentyabr 2022, 16:48

Azərbaycan Ermənistanda keçiriləcək “Uşaq Avroviziyası-2023”də iştirak etməyəcək.

 

Bu barədə Modern.az-a “İctimai Televiziya və Radio Verilişləri” QSC-dən məlumat verilib.

 

Ermənistan İctimai televiziyasının məlumatına görə, dekabrın 11-də İrəvənda baş tutacaq müsabiqədə 16 ölkə iştirak edəcək: Albaniya, İrlandiya, İtaliya, İspaniya, Polşa, Ermənistan, Şimali Makedoniya, Qazaxıstan, Malta, Niderland, Portuqaliya, Serbiya, Ukrayna, Birləşmiş Krallıq, Gürcüstan, Finlandiya.

 

Qeyd edək ki, ötən il Parisdə baş tutmuş “Uşaq Avroviziyası-2021”də Ermənistan təmsilçisi Malena “Qami, qami” mahnısı ilə qalib olmuşdu. Azərbaycanı təmsilçisi Sona Əzizova 5-ci yerdə qərarlaşmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı