Modern.az

Sənət dostları Rəhim Rəhimlidən YAZDILAR

Sənət dostları Rəhim Rəhimlidən YAZDILAR

Mədəni̇yyət

30 Sentyabr 2022, 10:26

Xəbər verdiyimiz kimi, azərbaycanlı tanınmış müğənni Rəhim Rəhimli ötən gecə ürəktutmasından vəfat edib.


Modern.az xəbər verir ki, bəstəkar-müğənninin ölümü yerli ifaçıları sarsıdıb. Bununla bağlı bəzi şou-biznes nümayəndələrinin “Instagram” hesablarında etdiyi paylaşımları təqdim edirik.


Müğənni Elnur Məmmədov R.Rəhimli ilə fotosunu paylaşaraq son görüşlərindən yazıb:


“Səni ən son gördüyümdə çox kövrəltdin məni, xoş sözlər dedin. Sən çox gözəl ürəyə sahib idin. Dürüst, düzgün biri kimi tanıdım və elə yaşadığım qədər də elə xatırlayacam. Allah sənə rəhmət eləsin, bu xəbərin məni çox sarsıtdı”.
 

Reper Ramil Nabran mərhum müğənnilə fotosunu paylaşaraq xatirlərindən yazıb.
 

“Səhəri bu xəbərlə oyanmaq və bu xəbərin real olduğuna inanmaq çox, amma çox çətindir. Azərbaycanda musiqi və estrada sahəsində böyük işlər görmüş, bir zamanlar isə MTV kanalını brend hala gətirən, dahi sənətçi və dostum Rəhim, Allah sənə rəhmət eləsin”.
 

Müğənni Nura Suri R.Rəhimlinin fotosunu paylaşaraq “Allah rəhmət eləsin, gözəl bir insanı itiridik” sözlərini qeyd edib.

Rəhim Rəhimli bu gün Bülbülə qəbiristanlığında dəfn olunacaq.

Elmar Hüseynov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi